Sertifikat

Sertifikat

“VİBaby” sosial layihəsi çərçivəsində verilən məlumatlar ən son mötəbər mənbələrdən götürülməklə yanaşı, analara göstərilən dəstək və verilən məsləhətlər kvalifikasiyalı əmizdirmə məsləhətçisi tərəfindən həyata keçirilir.

Layihənin məsləhətçisi olan Səltənət Zülfüqarova “Childbirth İnternational Training Organisation” (CBİ) tərəfindən sertifikatlaşdırılmış beynəlxalq miqyasda tanınan rəsmi sənədə malikdir. Childbirth International isə öz növbəsində dünyanın ən sürətlə böyüməkdə olan təlim təşkilatlarından biridir. Təşkilatda hər qitədən, dünyanın 95 ölkəsindən və ABŞ-ın hər bir ştatından tələbələr təlim keçir.

Əmizdirmə Məsləhətçiləri hazırlamaq istiqamətində yönəldilmiş fəlsəfəsi, onların öz vəzifələrini peşəkar şəkildə həyata keçirmək üçün özünə inam hissini təlqin etmək və zəruri bacarıqlara malik olmalarını təmin etməkdir. Bu, onlara valideynlərə özləri üçün düzgün qərarlar verməkdə dəstək olmağa imkan verir.

Qayğıkeş və dəstəkləyici yanaşma tərzi, əmizdirmə məsləhətçisinin həm normal, həm də qeyri-normal vəziyyətlər barədə güclü məlumat bazasına malik olması üçün zəruridir.

CBI təşkilatının ABŞ, Avstraliya, Birləşmiş Krallıqda qərargahları mövcuddur.
Childbirth International Ümumdünya Səhiyyə Təşkilatının “Ana Südü Əvəzedicilərinin Marketinqi üzrə Beynəlxalq Məcəlləni” dəstəkləyir. CBİ bu Məcəlləni pozan hər hansı təşkilatdan hər hansı maliyyə vəsaiti və ya digər təşviq forması və ya mükafat qəbul etmir.

CBİ haqqında ətraflı: www.childbirthinternational.com


 

Sertifikat

sertifikat-vibaby
YÜKLƏ PDF