Qılıncoynatmanın uşaqlara faydaları

Qılıncoynatmanın uşaqlara faydaları

- Bölmə: İdman
1118
0
@vib.az

Günümüzdə populyarlığını qoruyan klassik idman növlərindən biri kimi qılıncoynatmanı əminliklə qeyd etmək olar. Bu idman növü nədənsə məhz uşaqlar arasında məxsusi bir rəğbətə malikdir. Bəlkə də yer üzündə istər qiz, istər oğlan olsun, elə bir uşaq yoxdur ki, bir vaxt əlinə taxta çubuq alıb dostları ilə “qılınclaşmasın”.

 

 

Bu idman növü məhz uşaqlarda qəhrəmanlıq və macəra təsəvvürü yaradır. Samurayların, cəngavərlərin, hətta dəniz quldurlarının uşaqlar arasında rəğbətini məhz onların mahir qılıncoynatmaları ilə əlaqələndirmək mümkündür. Bütün bunlarla bərabər mütəxəssislər qılıncoynatma idman növünün uşaqlar üçün həm fiziki həm də əqli inkişafları üçün nə qədər faydalı olduğunu vurğulayırlar.

Children-fencing-classes11-1803x1200

 

Qısaca olaraq qılıncoynatma idman növünün aşağıdakı faydalarını sadalamaq mümkündür:

  • Uşaqlarda koordinasiya, güc və iradənin əsasını qoymağa yardım olur.
  • Uşaqlara mühafizə olunmuş mühitdə təhlükəsiz formada hirs və qəzəbi tökməklə stresdən azad olmağa imkan yaradır.
  • Uşaqların strateji düşüncə tərzini və intizam vərdişlərini inkişaf etdirir. Qılıncoynatma bədəni işlətdiyi kimi beyni də işlədir. Burada fiziki və zehni fəallıq eyni vaxtda baş verir.
  • Uşaqların özünəinamını artırır.
  • Uşaqların müxtəlif növ rəqiblərlə üzləşmək imkanları şəraitində sosial dairəsinin genişlənməyinə səbəb olur.
  • Uşaqlarda bədənin balansını və şux qaməti formalaşdırır.
  • Uşaqlarda təkbaşına çətinliklərin öhdəsindən gəlmək kimi bacarığın əsasını qoymağa yardım olur.
  • Uşaqlarda diqqətin inkişafına və fikrin cəmlənməsinə yardım edir.
  • Uşaqlarda təhlükəsizlik və ədalət qaydalarına riayət etməklə yanaşı, hörmət və şərəf hislərinin aşılanmasına səbəb olur.
  • Uşaqlara özünü və hislərini idarə etmək bacarığının qazanılmasına, emosiyaları cilovlamağa yardımçı olur.

8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi bir sıra digər olimpiya oyun növləri ilə bərabər qılıncoynatma idman növü üzrə 9 yaşından böyük uşaqlar üçün məşqlər keçirir. Məktəb direktoru Elvin Məmmədxanov vib.az ilə söhbətində qeyd edir ki, məktəb dövlət hesabına-ödənişsiz əsaslarda uşaqların və yeniyetmələrin idmana maraqlarını artırmaq, sağlam gələcək nəsil yetişdirmək və məktəblilər arasında olimpiya oyun növlərinin təbliğatı məqsədləri daşıyır. Məktəbdə qılıncoynatmanın iki növü – sablya və şpaqa ilə məşqlər həyata keçirilir.

fen

Qılıncoynatma üzrə paralimpiyaçı, Azərbaycanda qadınlar arasında birincilik qazanan Azadə Abdullayeva vib.az  ilə qılıncoynatma idman növü haqda öz fikirlərini bölüşdü. Paralimpiyaçının sözlərinə görə qılıncoynatma yalnız fiziki hazırlıq demək deyil. Xüsusən fiziki məhdudiyyətli şəxs kimi ona cəmiyyətə inteqrasiya etməyə və bir növ reabilitasiya olmağa güclü vasitədir. İdmançının sözlərinə görə bu idman növü Paralimpiya idman növləri sırasına daxil edilməmişdən çox əvvəl fiziki məhdudiyyətli şəxslərin reabilitasiyasında istifadə olunurmuş. Azadə Abdullayevanı öz təcrübəsinə əsaslanaraq bildirir ki, qılınc oynatma ilə nəinki sağlam uşaqlar hətta fiziki məhdudiyyətli uşaqlar da məşğul ola bilərlər.

Müəllif: vib.az

Facebook Comments

Şərh əlavə et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir