Hamilələr və uşaqlı analar üçün idman

Hamilələr və uşaqlı analar üçün idman

- Bölmə: İdman
3197
0
@vib.az

VIB.AZ saytını izləyən analar arasında aparılan sorğuya əsasən anaların idmanla məşğul olmamaqlarının səbəbi uyğun şəraitin olmamasıdır.

Sorğuda iştirak edənlərin 49%-i uşaqları ilə məşq etməyə üstünlük verir. Analar bildirirlər ki, bunun səbəblər uşağın çox kiçik olması və anasız qalmaması, uşağı qoymağa şəraitin olmaması, ananın həm özü idmana getməyə və uşağını idmana aparmağa vaxt imkanları məhdud olması, idman mərkəzlərinin əksəriyyəti səs-küylü, izdihamlı və uşaqlar üçün təhlükəli olması, uşaqla idman etmək üçün idman mərkəzlərinin qadağasının olmasıdır.

Sağlamlıq üçün idman həvəsində olan anaların sadaladıqları bütün bu ünsürləri nəzərə alaraq “Royal Fitness & Spa Club” analar üçün unikal imkanlar yaradır və “Ana-Bala” proqramını təqdim edir. Həftənin tək günləri saat 11:00-13:00 hamilə və uşaqlı analara qapılarını açıq elan edir:

Analar və uşaqları ilə birlikdə idman günləri
Anaların yalnız qadınlar olan mühitdə və tamamilə sakit abu-havada körpəsi və ya uşağı ilə idman etmək imkanı təklif olunur. Klubun təmiz və baxımlı idman zalları və hovuzlarında anaların və uşaqların istəklərinə uyğun olaraq aşağıdakı fəaliyyət növləri təklif olunur (uşaqlara yaş məhdudiyyəti tətbiq olunur):

  • – kiçik və dayaz hovuzda körpə-uşaq və ana birlikdə su idman növləri (akva-aerobika, üzgüçülük)
  • – eyni saatlarda böyük hovuzda ana və kiçik hovuzda uşaq (məşqçi ilə) üzgüçülük
  • – eyni saatlarda ana fitnes zalında və uşaq hovuzda (məşqçi ilə)
  • – körpəsi slinqdə (şəlləmədə) olmaq şərti ilə ananın kardio trenajor zalda (yürüş, xizək və s.)

Hamilələr üçün idman günləri
Hamiləlikdə idmanın nə dərəcədə əhəmiyyətli olması bütün gələcək analar üçün sirr deyil. Gələcək analara müxtəlif növ kardio və xüsusən su idmanları zədə və təhlükə riskləri çox aşağı olduğundan hamilələr üçün tövsiyyə edilir. “Royal Fitness & Spa Club” hamilə qadınlar üçün tamamilə təmiz və baxımlı bir mühitdə idman etmək imkanları yaradır. Həftənin tək günləri saat 11:00- 13:00 hamilə qadınlara hətta uşaqları ilə birlikdə məşq etmək şəraiti mövcuddur. İstər ilk dəfə hamilə olan qadın tək özü, istərsə növbəti hamiləliyini yaşayan xanımlar, uşaqları ilə birlikdə idman etmək imkanı əldə edirlər. Hamilələr yalnız qadınlar olan mühitdə və tamamilə sakit abu-havada tək və ya uşağı ilə idman etmək üçün aşağıdakı fəaliyyət növləri təklif olunur (uşaqlara yaş məhdudiyyəti tətbiq olunur):

  • – hamilələr üçün suda idman (akva aerobika, üzgüçülük)
  • – hamilələr üçün kardio trenajorlarla idman (yürüş, velosiped, xizək və s.)
  • – eyni saatlarda böyük hovuzda hamilə və kiçik hovuzda uşağı (məşqçi ilə)
  • – eyni saatlarda hamilə qadın kardio zalda və uşaq hovuzda (məşqçı ilə)

“Ana-Bala” proqramının qaydaları haqqında daha ətraflı burada.

Ünvan:“Royal Club Fitness & Spa”
Kazım-zadə küç. 7 – GREEN PARK, Bakı
Telefon: (012) 541 01 82
www.fitness-spa.az

Facebook Comments

Şərh əlavə et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir