Park Bulvarda müsbət təəssüratlarla dolu “Ana südünün” təbliğat günü

Park Bulvarda müsbət təəssüratlarla dolu “Ana südünün” təbliğat günü

- Bölmə: İctimaiyyət
1321
0
@vib.az

18.01.2014 tarixində Park Bulvarın rəhbərliyi, Günay xanım Malikqızının simasında İctimai əlaqələr şöbəsinin dəstəyi və təşkilatı ilə keçirilən 7 saatlıq təbliğat xarakterli aksiyası həm alış-veriş edənlərin, həm də Park Bulvarın heyəti tərəfindən maraqla qarşılandı.

Gülümsəyən üzlər, həvəslə bukletlərimizi qəbul edən mehriban hamilə xanımlar, maraqlanan atalar gərgin təbliğat gününə müsbət enerji və yüksək motivasiya əlavə etdilər. Nənə-babalar, əcnəbilər, yenicə evlənmiş cütlüklər həvəslə bukletlərimizi qəbul edirdilər. Mərcan zolaqlı stendimiz körpə və uşaqların da diqqətini cəzb edirdi.

Park Bulvarın xidmət göstərən heyəti- satıcılar, xadimələr və mühafizəçi xanımlar layihəmiz haqda məlumat əldə etməyə can atırdılar!

VIB.AZ stendinin qarşısında addımlarını ləngidən Park Bulvar ziyarətçilərinin hər birinə bizə göstərdikləri diqqətə görə öz minnətdarlığımızı bildiririk.

Ana südünün təbliğatına göstərilən qayğıya görə təşəkkürlər, Park Bulvar!

Foto: Səbinə Səmədova

Facebook Comments

Şərh əlavə et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir