Haqqımızda

Haqqımızda

“Uşaqlar, Allahın bir neməti olduğu kimi eyni zamanda valideynlər üçün böyük bir əmanətdir. Əmanətin haqqı, qorunmaq və itirilməməkdir. Mühafizə edilmək və pozulmamaqdır. Əmanəti qorumaq və ondan qafil olmamaqdır.” (Əl-Huzeyfi)

H ər bir körpə nəinki öz valideynin, bütün cəmiyyətin əmanətidir. Milliyyətindən, yaşadığı yerdən və sosial statusundan asılı olmayaraq, hər bir uşaq «Çox Əhəmiyyətli Körpə» səviyyəsində davranmalı və mühafizə olunmalıdır. Hər bir bəşər övladı anadan olduğu gündən etibarən həyati vacib ünsürlərdən bəhrələnir. Qida bu ünsürlərin qabaqcılı olduğundan onun sağlam və keyfiyyətli olması vacibdir.

Məhz bu səbəbləri üstün tutaraq beynəlxalq sertifikatlı əmizdirmə məsləhətçisi Səltənət Zülfüqarova tərəfindən «VİB(Very İmportant Baby).AZ» adlı saytının əsası qoyuldu. Saytımız körpələri yaxşıların yaxşısına layiq bilərək, valideynlərin sağlam qida haqqında biliklərinin artırılması niyyətini daşıyır. Bu niyyət bir çoxlarını etinasız qoymadığından tərcüməçilər Xumar Ərşadlı və Ülviyyə Mirzəyeva, saytın rus dilli materialları üzrə məsul şəxs Nərminə Şahbazi, rəyçi Şəbnəm Həsənəlizadə, mövzu tərtibatçısı Jalə Ələkbərova, qrafik dizayner Alyona Hacımuradova, fotoqraf İrina Abdullah saytın ərsəyə gəlməsinə könüllü şəkildə yardım etməyə başladılar.

Saytımızda yerləşdirilən məlumatlar Dünya Səhiyyə Təşkilatı (World Health Organization); UNICEF; Azərbaycan Respublikası Səhiyyə Nazriliyi; Amerika Pediatrlar Akademiyası (American Academy of Pediatrics); Əmizdirmə Tibbi Akamediyası (Academy of Breastfeeding Medicine); Dünya Əmizidirmə Aliansı (The World Alliance for Breastfeeding Action); Kral Mamaça Kolleci (Royal College of Midwives); La Leche League International Təşkilatı; Birləşmiş Krallıq Milli Səhiyyə Xidməti (National Health Service); Əmizdirən Analar Assosiasiyası (The Association of Breastfeeding Mothers) və s. ciddi və miqyaslı qurumların və təşkilatların mənbələrindən əldə edilir.

«VIB.AZ» yarandığı ilk gündən etibarən mütəxəssis rəyini və təcrübəsinə əsaslandırılmış məlumatları paylaşır. Bu səbəbdən saytda adları çəkilən yerli mütəxəssislərin müəllif məqalələri yer almışdır.: Nərmin Babayeva (Hüquqşünas), Fərəh Məmmədxanova (Həkim terapevt, idman və bioloji təbabət mütəxəssisi), Gülarə Rüstəmova (Uşaq Psixoloqu, beynəlxalq sertifikatlı əmizdirmə məsləhətçisi), Aygül Kamranqızı (Ailə psixoloqu), Altay Abdullaoğlu (Pediatr-neonatoloq), Şəfiqə Yusifova (Həkim-dermatoveneroloq), Güləmbər Bədəlova (Həkim, uşaq nevroloqu), Hüseyn Qabulov (Pediatr, professor).

Saytımızda vasitəsilə yerli mütəxəssilərin müəllif məqalələri ilə yanaşı valideynlərin azərbaycan dilində Qərb dünyasının ən müasir, yenilənmiş məlumatları, həmçinin dünya peşəkarlarının bu sahədə təcrübəsi ilə tanış olmaq imkanı yaranır. Saytımızda məqalələri yeləşdirilən mütəxəssislər:

Kelly Bonyata

Vergie Hughes

Martha və William Sears

Natalya Razaxatskaya

Jack Newman

Lucy Burney 

Mariya Sorokina

Olqa Evtux

Alisa Ilyina

Saytımızın məqsədi hamilə qadınları, yenicə valideyn olanları və çoxuşaqlı ailələri maarifləndirmək və cəmiyyətimizdə valideynliyə sağlam və düzgün yanaşmanı təbliğ etməklə yanaşı, təcrübəsiz və yardıma ehtiyacı olan valideynlərə dəstək olmaqdır.

«VIB.AZ» ilə valideynlər mütəxəssislərin məsləhətləri ilə yanaşı, təcrübəli valideynlər şəbəkəsinin üzvü olmaq imkanını yaradır. Buyurun, hər bir valideynin faydalana biləcəyi milli informasiya mənbəyi olan «VIB.AZ» valideynlik saytından bəhrələnin.

Vətənimiz sağlam gələcəyə layiqdir!