Təbii hormona süni əvəz depressiyaya səbəb olur

Təbii hormona süni əvəz depressiyaya səbəb olur

- Bölmə: Hamilə
818
0
@vib.az

Uca Yaradanın qadınlara bəxş etdiyi ən ülvi hiss və vacib vəzifələrdən biri ana olmaqdır. Qadınlar ana olmaqla dünyanın ən gözəl hisslərini yaşayır, amma, buna baxmayaraq bir çoxları doğuşdan sonra depressiyaya girərək bu ülvi hissin dadını çıxara bilimirlər. Övladını yenicə dünyaya gətirmiş bəzi xanımlar doğuşsonrası depressiya səbəbilə ruh düşkünlüyü yaşayır, mənfi fikirlərə qapanır və emosional pozğunluqlara məruz qalırlar. Qadınların doğuşsonrası depressiyaya məruz qalmasının ən başlıca səbəbi isə hormonlardır.

Doğuşun həyata keçməsinə vəsilə olan hormonlardan ən önəmlisi oksitosindir. Doğuş zamanı ananın keçirtdiyi sancılar oksitosinin hesabına baş verir. Nizamlı bir şəkildə körpəni xaricə doğru itələməsini təmin edən oksitosin hormonu kifayət qədər ifraz olunmadıqda sancılar azalar, doğuş ləngiyər, hətta bəzən dayana da bilər. Belə vəziyyətlərdə anaya damar yolu ilə pitosin verilərək süni sancılar yaradılır. Pitosin hamiləlik və doğuş müddətində önəmli bir rol oynayan oksitosin hormonunun süni halıdır. Hətta ehtiyac görüldüyündə doğuşu başlatmaq üçün də pitocindən istifadə olunur.

Bu gün tibbdə qadına doğuş zamanı olunan belə müdaxilələr ananın hormonlarının öz vəzifələrini lazımınca yerinə yetirməməsinə və doğuşsonrası depressiya kimi nəticələrlə üzləşməsinə səbəb olur. J Midwifery Womens Health jurnalında nəşr olunan “Doğuşdan sonra: təbii və süni oksitosinin analıq keçidinsə rolu” adlı araşdırmada doğuş müddətində pitocin (süni sancı) alan anaların doğuş sonrası depressiyaya məruz qalması ehtimalının daha çox olduğunu ortaya çıxarılmışdır. Tədqiqatlara görə qayğı pozğunluğu və depressiya keçmişi olan və doğuş zamanı pitosin alan anaların doğuş sonrası depressiyaya düşmə ehtimalı 36% artır. Daha öncə hər hansısa bir depressiya halı qeydə alınmayan və doğuşunda pitosin alan analarda isə bu 32% təşkil edir. New York Manhassetdəki Feinstein İnstitutunda işləyən doğuş sonrası psixiatr Dr. Kristina Deligiannidisin araşdırması nəticəsində süni sancının depresiya riskini artırdığını sübut etmişdir. Araşdırmadan əvvəl pitosinin doğuş sonrasında depressiya riskini azaldacağını düşünən Deligiannidis təcürbənin nəticəsi ilə təəccüblənmişdir. Təbii oksitosinin “sevgi” hormonu olduğu üçün mütəxəssis oksitosinin süni hormonu olan pitosinin də  da eyni təsirə malik olması nəticəsini gözlədiyini söyləmişdi. Ancaq iş əsnasında bunun tam əks təsiri aşkar edildi.

Pitosin doğuş sancılarını fəallaşdıraraq körpənin dünyaya gəlməsinə səbəb olsa da, ananı təbii oksitosinin səbəb olduğu sevgi və  xoşbəxtlik hissləri ilə təmin edə bilmir. Bu da qadınların doğuş sonrası depressiyaya düşmə səbələrindən biri kimi qeyd etmək olar.

Təbii möcüzə olan oksitosinin qadına bəxş etdiyi sevgi hissi və xoş təsirindən ilhamlanaraq Britaniyalı rəssam Emily Alice  hətta oksitosin molekulu zinət əşyaları kolleksiyasını yaratmışdır. Bu zinət əşyaları qadınlar arasında xüsusi rəğbət qazanmışdır.

Duyğu İslamoğlu qeyd edir ki, doğuş müddətində bir çox hormonlar fəal olaraq çalışırlar. Bu hormonların fiziki təsirləri qədər, romantik təsirlərinin də doğuş müddətində, doğuşsonrasında və əmizdirmə zamanı da çox əhəmiyyətli rolları var. Ananın doğuş təcrübəsi və doğuşdan sonra körpəsiylə birlikdə yaşadığı hisslər də bu hormonların təsiri altında ola bilər. Amma doğuş müddətində bədənə süni oksitosin hormonunın verilməsi, bu proseslərə birbaşa təsir edərək hormonun təbii balansını pozaraq təsirinə mane olur.

Təbii ki, hormonal disbalans yaşayan ana əmizdirməyə başladıqda və körpəsiylə yeni həyatına uyğunlaşmağa çalışarkən müxtəlif emosional çətinliklərlə üzləşə bilər. Nəticə etibarilə, bu gün tibbdə belə süni yollarla qadınların orqanizminə olunana müdaxilələr onları emosional sarsıntılara, pozuntulara gətirib çıxarmaqla ən gözəl anlarını kölgə altına salmış olur.

Dua və ümid edirik ki dünyaya övlad gətirən analarımız belə problemlərlə üzləşib, süni əlavələrə məruz qalıb dəyərli anlarını depressiyaya qurban vermiş olmazlar.

Hazırladı: Şəbnəm Həsənəlizadə

 

Facebook Comments

Şərh əlavə et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir