“Mənim 6 sağlam dostum” kitabı ilə uşaqlarınızı sağlam qidalanmğa ruhlandırın!

“Mənim 6 sağlam dostum” kitabı ilə uşaqlarınızı sağlam qidalanmğa ruhlandırın!

- Bölmə: Bloq
869
0
@vib.az

Uzun müddət valideynlər üçün sağlam qida mövzusunda müxtəlif yazıların müəllifi olan Səltənət Zülfüqarova bu dəfə uşaqları sağlam qidalanmağa həvəsləndirmək üçün yeni kitabını təqdim edir. Uşaqlar yedikləri qida haqqında geniş biliyə malik olduqca, daha sağlam iştaha sahib olurlar. “Mənim 6 sağlam dostum” kitabı uşaqları 6 əsas qidalandırıcılarla maraqlı personajlar qismində tanış edir:
Nəqliyyatçı Su,
Energetik Karbohidrat,
Cangüdən Yağ,
İnşaatçı Zülal,
Dəstəkçi Vitaminlər,
Qurucu Minerallar.

Həmçinin www.vib.az saytının təsisçisi və fəal yazarlarından olan Səltənət Zülfüqarova kitabın baş qəhrəmanlarından əlavə beyin, ürək, qaraciyər, böyrək, ağciyər kimi vacib orqanların vəzifəsinə dair maraqlı məlumatları və faktları oxuyucularının nəzərinə çatdırır. Kitab azərbaycan və rus dillərində işıq üzü görmüşdür.

Kitab üzərində çalışanlar:
Redaktor: Loğman Məmmədov
Korrektor: Xumar Ərşadlı
Məsləhətçi-həkim: Xatirə Zülfüqarova
İllüstrator: Gözəl Əliyeva
Dizayner: Leyla Rəsulova
Foto: Elnara Huseyni

Kitabı əldə etmək üçün:
The Entertainer Azerbaijan

Facebook Comments

Şərh əlavə et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir