Uşaqlarınızla “yenidən becərin”!

Uşaqlarınızla “yenidən becərin”!

- Bölmə: Ailənin asudəsi, Ata - Ana
545
0
@vib.az

Valideyn olaraq bəzən uşaqlarla birlikdə faydalı vaxt keçirmək eyni zamanda həyatda lazımlı olacaq bilik vermək üçün ideyalarımız tükənir. Uşaqlarda erkən yaşlardan qidaya münasibətdə diqqətli və qənaətcil olmağı öyrətmək gərəkdir. Öz sahəsində rəğbət qazanan, 4 uşaq atası və dünyada uşaqların sağlam qidalanmasını təbliğ edən aşbaz Jamie Oliver əksər uşaqların ərzaqların nədən hazırlandığı, bəzilərinin isə ümumiyyətlə tərəvəzlərin əksəriyyətinin tanımadıqlarını qeyd edirlər.

Mütəxəssislər qeyd edirlər ki, uşaqlar özlərinin becərdikləri və ya yetişdirilməsində iştirak etdikləri tərəvəz və meyvələri daha böyük həvəs və iştaha ilə yeyirlər. Nəzərə alsaq ki, əksər ailələr çoxmərtəbəli binalarda yaşayırlar, bina şəraitində isə meyvə və tərəvəz becərmək çox mürəkkəb işdir.

Lakin buna baxmayaraq, uşaqları “yenidən becərmək” fəaliyyətinə cəlb etmək mümkündür. Müəyyən tərəvəzləri yenidən becərmək həm ərzaqlara, həm ailənin büdcəsinə qənaət etməyə həmçinin uşaqlara maraqlı fəaliyyətlə məşğul olmağa imkan yaradır.

Mətbəxdə artıq istifadə etdiyimiz tərəvəzlərin yeməyə yararsız olan qalıqlarını yenidən yetişdirmək və cücərən hissələrdən istifadə etmək mümkündür. Bunalara aiddir kök, reyhan, göy  və baş sarımsaq, kahı, göy və baş soğan, zəncəfil, sarıkök, kartof, kələm, göbələk, pomidor və hətta ananası və avokadonu ev şəraitində yenidən cücərdib becərmək mümkündür:

Foto: www.ikea.com

Hazırladı: vib.az

Facebook Comments

Şərh əlavə et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir