Analarımız üçün kiçik mətbəx məsləhətləri!

Analarımız üçün kiçik mətbəx məsləhətləri!

- Bölmə: Ata - Ana, Faydalı məlumat
1613
0
@vib.az

Qurabiyə, qoğal, kökə və digər qurumağa meylli olan şirniyyatların təravətini qorumaq üçün həmin məhsulların saxlandığı qaba kəsilmiş alma qoymaq məsləhətdir. Alma tərkibində olan maye hesabına ağzıörtülü qabda rütubəti tənzimləyərək şirniyyatları qurumağa qoymayacaqdır.

app

Şüşədə olan içkini tez bir zamanda soyutmaq üçün onu yaş salfetə büküb soyuducuya qoymaq gərəkdir. Yaş salfet sərinliyi tez bir zamanda canına çəkərək soyuma prosesini tezləşdirəcəkdir.

urap

Kəsilmiş meyvələri qaralmaqdan qorumaq üçün meyvələri üzərinə az miqdarda limon şirəsi çiləmək olar. Həmçinin, eyni məqsədlə 1 xörək qaşığı bal və 2 xörək qaşığı su olan məhlul da eyni məqsəd üçün istifadə oluna bilər.

lemhon

Yemək bişirdikdən sonra əllərinizdə qalan xoşagəlməz soğan və sarımsaq qoxusunu istifadə olunmuş  bir dəfəlik çay paketləri ilə aparmaq olar. Sadəcə istifadə olunmuş çay paketini əllərinizə və dırnaqlarınıza sürtün.

tiii

Hazırladı: vib.az

Facebook Comments

Şərh əlavə et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir