Əmizdirmək olar yoxsa yox?

Əmizdirmək olar yoxsa yox?

- Bölmə: Ana südü və əmizdirmə, Problemlər
1145
0
@vib.az

Məlumdur ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə əsasən körpələrə həyatlarının ilk 6 ayı ərzində yalnız ana südü verilməli, 2 yaşına qədər isə uşaqlar əlavə bərk qida ilə yanaşı ana südü ilə qidalandırılmalıdır. Lakin bəzi istisna hallar var ki, bu hallarda anaya döşlə əmizdirməyə qarşı bəzi əks göstərişlər yaranır. Bunların bəzisi müvəqqəti, bəziləri isə daimi ola bilər. Əks göstəriş üçün səbəblərin ən çox rast gəlinənlərindən biri müasir dövrdə geniş yayılmış infeksiyalardir. İnfeksiya xəstəlikləri bakteriya, göbələk və ya virus tərəfindən əmələ gəlir, bir insandan digər insana, həmçinin heyvandan və bitkidən insana keçmək təhlükəsi yaranır. İstənilən mənşəli infeksiyalara yoluxmanın əksər hallarında əmizdirməni davam etmək mümkündür. Bu zaman analara sadə gigiyenik qaydalara riayət etmək tövsiyyə olunur:

  • Ana əllərini tez-tez yumalı
  • Açıq yara və səpgiləri örtməli və həmin nahiyyə ilə təmasa yol verməməli
  • Körpənin anasının selikli qişasına xüsusən burun və ağzına toxunmasının qarşısı alınmalı
  • Bəzi hallarda ana steril əlçək və maska geyməli

Ananın əmizdirməni davam etməli yoxsa dayandırmalı sualına cavab kifayət qədər mürəkkəbdir. İlk növbədə anada mövcud olan xəstəliyin mənbəyi araşdırılmalı və düzgün diaqnoz qoyulmalıdır. Aşkarlanan xəstəlik haqqında anaya və körpənin digər yaxın qohumlarına təfərrüatlı məlumat verilməlidir. Əgər infkesiya ana südü vasitəsilə keçirsə, o zaman əmizdirilmə dayandırılmalı və ana müalicə almalıdır. Əgər infeksiya ana südü vasitəsilə keçmirsə, lakin hava-damcı və təmas zamanı keçirsə bu halda ana və körpə biri-birindən təcrid edilir lakin ananın sağılmış südü körpəyə davamlı olaraq verilməsi həyata keçirilir. Əgər müalicə zamanı istifadə olunan dərman preparatları südə keçirsə, müalicə zamanı əmizdirmə dayandırılmalı və donor südü tətbiq edilməlidir. İnfeksion xəstəliklərin daha ətraflı təsnifi üçün Childbirth İnternational Təlim Təşkilatı tərəfindən tərtib edilmiş aşağıdakı cədvəllər verilmişdir.

Bakterial infeksiya

Xəstəliyin adı Əmizdirmək Körpəni təcrid etmək Təhlükəsizlik
Qarayara Olar Xeyr Yara örtülməli
Botulizm Olar Xeyr
Bruselyoz Olmaz Xeyr Müalicə ərzində (48-72 saat) əmizdirilmə dayandırlır.
Difteriya Olar Xeyr Döş dərisi salamat olmalı
Hemofil çubuğu Olar 24 saatlıq edilməli Təcili müalicə başlanmalı
Cüzam Olar Minimallaşdırılmalı Uzun müddətli təmasla keçə bilər
Listerioz Olar Xeyr
Mastit Olar Xeyr
Meninqokokk Olar 24 saatlıq edilməli Ananın sağılmış südünü vermək olar
Göyöskürək Olar Müalicə başlayandan 5 gün ərzində edilməli Ananın sağılmış südünü vermək olar
Stafillokokk Olar Müalicəyə başlayandan 24 saat ərzində edilməli Ananın sağılmış südünü vermək olar
Vərəm Olmaz Xəstəliyin kəskin və fəal dövründə edilməlidir Anada vərəm mastiti olarsa, müalicə(2 həftə) tamamlana qədər südü vermək olmaz.

Virus infeksiyaları

Xəstəliyin adı Ananın südü Körpəni təcrid etmək Təhlükəsizlik
Arboviruslar Olar Xeyr Ehtiyat tədbirləri
Arenaviruslar Olar Xeyr Ehtiyat tədbirləri
Sitomeqalovirus Olmaz Xeyr Erkən doğulmuşlar üçün xüsusən təhlükəlidir
Denge qızdırması Olar Xeyr
Epşteyn-Barr virusu Olmaz Məlum deyil Müalicə mütləqdir
Hepatit A Olar Xeyr Ehtiyat tədbirləri
Hepatit B Olar Xeyr Ehtiyat tədbirləri
Hepatit C Olmaz Xeyr Donor südü
Hepatit D Məlum deyil Xeyr Peyvənd
Hepatit E Olar Xeyr Ehtiyat tədbirləri
Hepatit G Olmaz Xeyr Donor südü
Herpes Olar Xeyr Gilədə varsa əmizdirmə dayandırılmalı, yara ilə təmas olmamalı
Papillomaviruslar Olar Xeyr Döşdə infeksiya varsa əmizdirmə dayandırılmalı
Qızılca Olar 72 saat edilməli Ananın sağılmış südünü vermək olar
Qulaqdibi xəstəliyi Olar Xeyr Ana südündə buna qarşı anti-cisimlər var
Parvovirus Olar Xeyr
Poliovirus Olar Xeyr
Rotavirus Olar Xeyr Ana südündə buna qarşı anti-cisimlər var
Məxmərək Olar Xeyr
Onkovirus Olar Xeyr
Suçiçəyi Olar İnfeksiya müddətində edilməli Ananın sağılmış südünü vermək olar
QİÇS Olmaz Xeyr Donor südü
Quduzluq Olar Mütləq Peyvənd
Ağrı kəskin respirator sindromu Olar Xeyr
Təbii çiçək Olar Mütləq Ananın sağılmış südünü vermək olar
Qərbi Nil qızdırması Olar Xeyr Ana südündə buna qarşı anti-cisimlər var

Digər yoluxucu xəstəliklər

Xəstəliyin adı Ana südü ilə keçir Körpəni təcrid etmək Təhlükəsizlik
Malyariya Xeyr Xeyr
Kandida Bəli Xeyr Müalicə ilə birlikdə əmizdirmə davam edilməli
Bağırsaq lyambliası Bəli Xeyr Ana südündə buna qarşı müdafiə maddələri var
Laym xəstəliyi Naməlum Xeyr Müalicə müddətində əmizdirmə dayandırılmalı
Sifilis Xeyr Açıq yara varsa, edilməli Müalicədən 24 saat sonra sağılmış ana südü verilə bilər
Toksoplazmoz Xeyr Xeyr Əmizdirmək olar
Vagina trixomonadı Xeyr Xeyr Əmizdirmək olar

Anada istənilən növ xəstəlik müşahidə edilərsə, valideynlər xəstəlik haqqında, onun körpəyə yetirəcəyi potensial risk və zərərlər haqqında həkimlər və tibbi personal tərəfindən məlumatlandırılmalıdırlar. Əmizdirmənin dayandırılması mütləqdirsə, anaya beynəlxalq səhiyyə standartlarına uyğun olaraq aşağıdakılar təklif edilməlidir:

  • Ana körpədən təcrid olunmalıdır lakin südü yoluxucu deyilsə, bu halda ananın özünün sağılmış və ya dondurulmuş südü.
  • Ana körpədən təcrid olunmasa da südü yoluxucudursa, bu halda donor südü. Əgər donor südü əldə etmək heç cür mümkün deyilsə, o zaman yeganə alternativ olaraq süni qida tövsiyə oluna bilər.

Müəlliflər: Nərgiz İsmailova Yusifli, Həkim-infeksionist.

Səltənət Zülfüqarova, Əmizdirmə məsləhətçisi.

Facebook Comments

Şərh əlavə et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir