Anaya yeridilən venadaxili prosedurun körpənin çəkisinə təsiri

Anaya yeridilən venadaxili prosedurun körpənin çəkisinə təsiri

- Bölmə: Problemlər
188
0
@vib.az

Bu günədək doğumdan sonrakı 3-4 gün ərzində çəki itirilməsinin əsas səbəbi  əmizdirmə idi. Əgər 4-cü gün yeni doğulmuş körpə ortalama 5-7% çəki atarsa, bu əmizdirmənin normada olduğunu göstərir. Demək olar ki, bütün körpələr doğuşdan sonra çəki itirir. Çünki 9 ay amniotik mayedə qaldıqları üçün bədənləri su udur. Normal çəki itirilməsinin səbəbi bədənin quru mühitə uyğunlaşması nəticəsində bu mayenin bədəndən tökülməsidir.

Lakin yeni doğulmuş ilk günlərdə ortalama 7%-dən çox çəki itirərsə, bu, onların kifayət qədər süd qəbul etməməsi anlamına gəlirmi? Son tətqiqatlara gorə, yox.

Əhəmiyyətli çəki itkisinin əmizdirməylə yox, müvafiq olaraq, doğuşdan 2 saatl öncə anaya yeridilən venadaxili prosedur (məişət dili ilə “venaya qoyulan sistemlər”) ilə bağlıdır. Bu tətqiqatlara əsasən, həmin venadaxili yeridilən maye uşağın ana bətnində çəkisini artırır və doğuşdan sonra sidikqovucu xassə daşıyır. Anaları çox venadaxili maye qəbul edən körpələr ilk 24 saat ərzində daha çox sidiyə gedir və müvafiq olaraq daha çox çəki itirirlər. İlk 24 saat ərzində nə qədər çox islaq uşaq bezi olarsa, bir o qədər də çəki itirilər. Bu, həm normal yolla doğuş, həm də qeysəriyyə əməliyyatı ilə dünyaya gəlmiş körpələrə aiddir. Nəşr olunmuş digər bir tətqiqat da eyni faktlara istinad edir.

Məsələyə daha dərindən nəzər yetirdikdə, bu cür çəki itirilməsinin əmizdirmə və süd qəbuluyla heç bir əlaqəsi yoxdur. Əslində, müəlliflər təklif edir ki, həkimlər körpələrin çəki itirməsinə süd qəbulunu səbəb göstərirlərsə, gərək ölçməni doğumdan dərhal sonra yox, doğumdan 24 saat sonra hesablasınlar. Bu tətqiqatlar ananın qəbul etdiyi venadaxili mayenin yeni doğulmuşun çəki itirməsinə təsirini neytrallaşdıra bilər.

Həmçinin, bu tətqiqatlara görə körpələrdə bu cür çəki itkiləri süni qida qəbulunun tövsiyyə edilməsinə əsas olmamalıdır. Əmizdirmə Tibb Akademiyası bu nəticələri öz protokollarında qeyd etmişdi: “8-10% çəki itkisi normal hesab edilir. Əgər ümumi vəziyyət yaxşıdırsa və fizioloji yoxlamaların cavabı normaldırsa, bu əmizdirməyə göstərilə bilinəcək mümkün yardımın artırılması və daha ətraflı yoxlamaların göstəricisidir.

 

Tərcümə: Nərmin Nəsibova

Mənbə: www.nancymohrbacher.com

Facebook Comments

Şərh əlavə et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir