Dünyada əmizdirən analar nə qədərdir?

Dünyada əmizdirən analar nə qədərdir?

- Bölmə: Əmizdirmə
1324
0
@vib.az

Rəsmi mənbələrin verdiyi məlumata görə dünyada 6 ayına qədər yalnız ana südü ilə qidalandırılan körpələrin faiz etibarı ilə ən yüksək olduğu ölkələrin siyahısında aşağıdakı verilir:

 

  • Rvanda-90%
  • Şrilanka-76%
  • Kamboca, Solomon adaları, Nepal-74 %
  • Malavi-72%
  • Peru-71%
  • Eritreya-59%
  • Uqanda-57%
  • Misir və Iran-56%
  • Boliviya-50%
  • Madaqasqar-48%

Avropa ölkələri sırasında Norveç ən yüksək əmizdirmə rəqəminə malikdir. Burada 6 ayına qədər olan körpələrin 80%-i yalnız ana südü ilə qidalanır. Yüksək əmizdirmə faizinə malik olan ölkələr sırasında Macaristan, Latviya, İsveç, Avstriyanın adı da var.

MDB ölkələrində vəziyyət bir qədər fərqlidir. Ümumdünya Səhiyyə Təşkilatı 2009-cu il üçün verdiyi rəqəmə görə 6 ayına qədər yalnız ana südü ilə qidalanan körpələr Gürcüstan-10.9%, Qazaxıstan-16.8%, Türkmənistan-12.1%, Ukrayna 18.2%-dir. Qardaş Türkiyədə isə 2010-cu ildə müvafiq olaraq 41.6% olmuşdur.

Qafqaz ölkələri arasında Ermənistan liderdir, beləki, 2010-cu ildə 1 yaşına kimi əmizdirilən körpələr 43% hesablanmışdır. Eyni ildə Azərbaycanda bu rəqəm 47% təşkil etmişdir. 2011-ci ildə 1 yaşına kimi ana südü ilə əmizdirilən uşaqların Ermənistanda 43.3%, Azərbaycanda isə 39.9% olmuşdur. İBFAN Beynəlxalq Təşkilatın 2012-ci ildə verdiyi “Report on situation of infant and young child feeding in Armenia” hesabata görə Ermənistanda əmizdirmə tendensiyası artmaqdadır.

statistika

Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara əsasən aparılmış hesablamalar göstərir ki, 2012-ci ildə 1 yaşına qədər əmizdirilən körpələr 38%, 2 yaşına qədər əmizdirilənlər isə 4% təşkil edir. 2013-cü ildə isə bu göstəricilər müvafiq olaraq 37% və 5%-dir.

Təəssüflər olsun ki, rəqəmlərdə göründüyü kimi isə bu tendensiya Azərbaycanda azalmağa doğru gedir. İllər üzrə 6 ayına kimi yalnız ana südü ilə əmizdirilən körpələrin faizi Azərbaycan və Ermənistan üzrə müqayisəsi aşağıdakı diaqramda daha dolğun nəzərə çatdırılır.

Müəllif: Mehriban İsrafilli

Facebook Comments

Şərh əlavə et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir