4542

Bir çox körpələr ilk 12 ay ərzində bir neçə böyümə və ya inkişaf sıçrayışı yaşayırlar. “İnkişaf sıçrayışı” nə deməkdir? İnkişaf sıçrayışı zamanı əmizdirilən körpələr adətən əmizdirildiklərindən daha tez-tez və uzun müddətli əmizdirilir (bəzən hətta hər saat və ya saat ərzində dəfələrlə ola bilər).

İnkişaf sıçrayışı dövründə körpələrin süd qəbulu müvəqqəti olaraq artır. Demək olar ki, əmizdirilən körpələrin süd qəbulu həyatının ilk həftələrində sürətlə artır, daha sonralar yəni birinci ayından altıncı ayına kimi eyni qalır.

Körpələrin 6 aydan sonra yeməklərlə tanışlığı süd qəbulunu tədricən azaldır.
Körpələrin əmizdirlməsinin yeganə səbəbi təkcə fiziki inkişaf deyil, onun əmizdirilməyə ehtiyacı daha çox ola bilər. Körpələr öz inkişafı üzərində çalışarkən-sürünəndə, iməkləyəndə, yeriyəndə və ya danışanda adətən eynilə inkişaf sıçrayışının əlamətlərini göstərirlər. Ana südü nəinki bədənin inkişafı, həmçinin beynin inkişafı üçün də çox faydalıdır.

Körpələrin inkişaf sıçrayışınə zaman olur?

Adətən inkişaf sıçrayışı xətəxanadan çıxandan sonra evdə ilk bir neçə gün ərzində, təxminən 7-10-cu günlərdə, 2-3-cü həftələrdə, 4-6-cı həftələrdə, 3-cü ayda, 4-cü ayda, 6-cı ayda və 9-cu ayda müşahidə oluna bilər. Körpələr təqvim oxumurlar, həmçinin körpələr müxtəlif ola bilirlər. İnkişaf sıçrayışı1-ci ildən sonra da dayanmır. Bir çox analar inkişaf sıçrayışını uşaqlıq illəri müddətində hər ay və hətta uşağın yeniyetməlik dövründə də müşahidə edə bilirlər.

İnkişaf sıçrayışı hansı müddətdə davam edə bilər?

Adətən inkişaf sıçrayışı sürəti 2-3 gün, 1 həftə və daha uzun müddətdə davam edə bilər.

Nə etməli?

Uşağınızın davranışını izləyin. Körpə tez-tez əmizdirilməklə avtomatik olaraq, südü lazımi miqdarda qəbul edə biləcəkdir. Süd ehtiyatınız da əmizdirməklə əlaqədar olaraq artacaqdır.
Məsləhət deyilki, inkişaf sıçrayışı müddətində körpələri əlavə qida və ya süni qida ilə qidalandırasınız. Nəticədə bədəniniz inkişaf sıçrayışı dövründə lazımi miqdarda süd ifraz etməyəcəkdir.
Bəzi analar körpələri inkişaf sıçrayışı yaşadıqda özləri də çox acır və susayırlar. Bədəninizin çağırışını dinləyin. Körpəni çox əmizdirən zaman sizin adətindən daha artıq yeməyiniz və içməyiniz normaldır.

Müəllif: Kelly Bonyata
Mənbə: http://kellymom.com/bf/normal/growth-spurts/
Tərcümə edən: Lyudmila Bağırova

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.