93796

İlk bir neçə gün və ya həftə ərzində döşləri əmizdirməklə və ya südsağan aparat vasitəsi ilə tez-tez stimullaşdırmaq bol ana südü ehtiyatının yaranmasında mühüm rol oynayır. Əgər siz öz süd eyhtiyatınızın miqdarının aşağı olduğunu hiss edirsinizsə, aşağıdakı məsləhətlərimizə əməl etməyə çalışın. Əgər siz dediklərimizə davamlı əməl etsəniz, çox güman ki, bir neçə gün ərzində artımı hiss edəcəksiniz. Körpənizin ehtiyacını ödəyəcək qədər süd ehtiyatınızın artırılma prosesi sizdən bir ay və ya daha artıq vaxt tələb edə bilər, lakin bununla siz davamlı və tədrici artımın şahidi olacaqsınız. Siz əmizdirməyə güc və vaxt sərf etdiyinizə görə sevinəcəksiniz, həm də körpəniz buna sevinəcək!

Döşü daha çox stimulyasiya edin

  • Daha tez-tez əmizdirin, 24 saat ərzində ən azı 8-12 dəfə
  • Uşaq əmziklərindən istifadə etməyin.
  • Körpənizi yuxudan oyatmalı olsanız belə, özünüz yatmamışdan əvvəl “bir daha əmizdirmə” prinsipinə əməl etməyə çalışın.
  • Hər əmizdirmə zamanı hər iki döşünüzü uşağa verin.
  • “Gəyir və Başla” texnikası – hər döşdən iki və ya üç dəfə yararlanmaq və müxtəlif vəziyyətlərdə əmizdirmək
  • “Əmizdirməyi artırın” – körpəniz acdırsa, hər 10-20 dəqiqədən bir qısa müddətli əmizdirin.
  • Körpənizi əmizdirən zaman döşlərinizi massaj etməklə yaxşı-yaxşı boşaldın.
  • Hər əmizdirmədə körpənizin döşlərinizi tamamilə boşaltdığına əmin olun.

Ana südünün azalmasına səbəb olan aşağıdakı amillərdən çəkinin

  • Siqaret çəkmək
  • Kaffein
  • Hamiləlik əleyhinə həblər və inyeksiyalar
  • Antikongestantlar, antihistaminlər
  • Ağır arıqlama pəhrizləri
  • Nanə, cəfəri, adaçayı (həddən artıq miqdarda)

Südsağan aparatdan istifadə edin

  • İki komplektli tibbi dərəcəli südsağan aparatdan istifadə edin.
  • Əmizdirmədən sonra və əmizdirmə arası südsağan ilə südü sağın.
  • Sağmadan öncə 10-15 dəqiqə dincəlin, nə isə yeyin və isti maye qəbul edin.
  • Sağmadan öncə döşlərinizə isti kompres qoyun və masaj edin.
  • “Güclü sağma” texnikasından istifadə edin, yəni gün ərzində hər saatda 15 dəqiqə südsağandan istifadə edin və ya 10 dəqiqə sağın, 10 dəqiqə dincəlin, 10 dəqiqə yenə sağın və beləcə bir saat ərzində davam edin.

Özünüzü şərti refleksə hazırlayın

  • Körpənizi təsəvvür edin, onun şəkillərinə baxın, onun paltarlarını və ya uşaq pudrasını qoxulayın.
  • Həmişə eyni sakit, rahat məkanda südsağan vasitə ilə döşünüzü sağın, özünüzə proqram tərtib edin.
  • Sakit, dərin və rahat nəfəs alın, çiyinlərinizi sərbəst saxlayın.

Anaya qayğı

  • Stess və aktivliyi azaldın, ətrafınızdakılardan kömək alın.
  • Çoxlu maye qəbul edin.
  • Bəsləyici yeməklərlə qidalanın, prenatal vitaminlərin qəbuluna davam edin.
  • Kürəyi sürtmək döşləri təmin edən sinirləri stimullaşdırır (onurğa sütunun orta hissəsi).
  • Körpənizlə bədən-bədənə yaxın olan vaxtları artırın, onunla birlikdə istirahət edin.
  • İsti vanna qəbul edin, çoxlu oxuyun, düşünün və etməli olduğunuz məsələləri başınızdan çıxarın.

Bitkilər, qidalar və dərmanlar

  • Hər gün bir boşqab yulaf yarması yeyin.
  • Güldəfnədən hazırlanan yeməklər ana südünün miqdarını xeyli artırır. Adətən gündə üç dəfə 3-5 kapsul dozasında (580-610 mq) qəbul etmək məsləhət görülür. Bu barədə öz həkiminizlə məsləhətləşin. Əgər siz diabetik, hipoqlikemik, asmatiksiniz və ya yer fındığına və digər paxlalılara qarşı allergiyanız varsa, güldəfnə toxumlarından istifadə etməkdən çəkinin. Güldəfnəni bir sıra vitamin mağazalarından və ya sağlam qida mağazalarından əldə edə bilərsiniz. Göstərişə əsasən qəbul edilərsə, bu bitkinin bədəndə zəif spesifik qoxusu biruzə olunur. Bu isə onu göstərir ki, bitki orqanizmdə öz işini görməkdədir.
  • Dərmanlar da bəzən süd ehtiyatının artmasına yardım edir. Dərmanlardan istifadə etməmişdən öncə mütləq öz həkiminizlə məsləhətləşin.

Gündəlik qeydlər aparın

  • Südsağan ilə sağma seanslarının sayı, əldə edilən südün miqdarı, körpənizə verməli olduğunuz südün miqdarı və 24 saatlıq südün yekun miqdarına – bu kəmiyyət hər seansda aparat vasitəsilə sağılan südün miqdarından daha önəmlidir – dair gündəlik qeydlər aparmaq çox əhəmiyyətlidir. Bu qeydlər sizin günbəgün necə irəlilədiyinizi görməyə kömək edəcək.
  • Öz həkiminizlə əlaqə saxlayın, belə ki, o sizin inkişafınıza nəzarət edə və lazımi dəyişikləri edə bilər.

Ayrılmış cift

  • Əgər siz 2 həftə sonra heç bir irəliləyiş görmüzsünüz və hələ də vaginal qanaxma müşahidə edirsinizsə, o zaman öz həkimizə müraicət edin və ayrılmış cift qalığının qalıb qalmamasına dair yoxlanın. Südün gəlməsinin qarşısını almaq üçün ciftin ən kiçik hissəsi belə kifəyət qədər hormon irfraz edə bilir.

Hipotiroid

  • Həkimizlə məsləhətləşərək qalxanabənzər vəzin səviyyəsini yoxladın. Qalxanabənzər vəzin səviyyəsinin aşağı olması süd ehtiyatına öz təsirini göstərir. Əgər siz qalxanabənzər vəz üçün dərman qəbul etmisinizsə, doğuşdan sonra qalxanabənzər vəzin səviyyəsini bir daha yoxladın. Ola bilər ki, siz tiroid dərmanınızı dəyişməli olasınız.

Əgər əlavə qida məsləhət görülürsə

  • Lazım olan miqdarı həkiminizlə müəyyənləşdirin.
  • Əmizdirmədən sonra südsağan ilə döşünüzü sağın.
  • Əlavə süni qidanı elə verin ki, əmizdirmə ilə qarışdırılmasın.
  • Birinci metod sinənin üzərindən zond borucuğu bərkitməklə istifadə etmək,
  • İkinci metod stəkan, qaşıqdan istifadə və digər döşdənkənar əmizdirmə üsulları (pipet, fincan, şprits və s).
  • Üçüncü metod əmzikli şüşə ilə əmizdirmə.
  • Tədricən əlavə süni qidalardan istifadə etməyi tərgidin ki, döşlərinizdə südün daha çox istehsalına nail olasınız.

Müəllif: Vergie Hughes
Tərcümə edən: Mirzəyeva Ülviyyə

Məsləhət xidmətimizdən istifadə etmək və yazılmaq üçün:

Telefon: +994 50 5388993

Ünvan: Yasamal, Mirəli Seyidov 20, blok 2, mərtəbə 17.

10 Comments

  • nazile
    Posted 31 Dekabr 2012 22:31 0Likes

    Salam, cox xosuma geldi.
    Mən süd artırmaq üçün tealakton çayı haqqında oxumuşam.
    Sizə tealakton çayı südü artıra bilər?
    cox sagolun

    • Səltənət
      Posted 17 Yanvar 2013 21:50 0Likes

      Salam, Nazilə xanım. Yeni məhsul olduğundan təcrübədən keçirməsək də, tərkibi ilə tanışıq. Həmçinin Herba-Flora şirkətinin məhsullarının keyfiyyətini nəzərə alaraq məsləhət görürük. Tərkib etibarilə laktogen otlarla zəngindir.ALLAH səbəb salsın.

  • Ummul Muhamməd
    Posted 04 Fevral 2013 13:12 0Likes

    Qida və dərman preparatları ilə süd artırmaq öz yerində mən Sizə QURANLA dərman kitabından oxuyub əməl etdiyim və 2 övladımda bəhrəsini gördüyüm əz əsas vasitəni yazıram. Bəqərə surəsi 74-cü və Nəhl surəsi 66-cı ayəni (ərəbcə) kağıza yazıb suya qoymaq və o sudan gün ərzində susadıqca içmək. (yazı itənə qədər üzərinə su artırmaq olar.) ALLAH körpələrinizin ruzisini bol eləsin!

  • gulsum
    Posted 12 Fevral 2013 17:59 0Likes

    Tealakton çayını mənim bacım istifadə etdi, inanın ki çox gözəl təsir edib. Həqiqətən ana südünü artırır və körpəyə bəs edəcək qədər süd olur. təsirləri haqqında da oxudum və bu məqalədən də yararlandım.

  • Leyl
    Posted 24 Noyabr 2013 14:15 0Likes

    salam menim bacima laim olan ana sudunun artirilmsi haqqind cooox xahiw edirem melumat verin uwaq 4 ayligdir ana sudunden doymur ve nece saattan bir yedizdirmelidir .twk edirem

  • taqiyeva gulzar
    Posted 16 Aprel 2014 0:26 0Likes

    Salam sud verirem bilmek isteyiremki sud vere vere eseb sakitlesdirici ice bilerem?xahis edirem adini yazin sakitlesdiricinin

  • leyli
    Posted 21 Noyabr 2014 20:12 0Likes

    salam..men ekiz usaqlara hamileyem,,insallah az qalib,,bilmirem usaqlarin ikisinde nece emizderecem,,meslehet vererdiz

  • Trackback: Əmizdirmə zamanı kürlük - Körpə nə zaman kürlük edir?
  • Mehmane salahova
    Posted 28 Aprel 2016 22:22 0Likes

    Salam.menim sudum azdi vqxt dersinden usagimi emizdire biknemisem gunde 2gece bir dede emizdirrem.ama artiq sudumun azligin hiss etmisem ne ede bileremki sudum evvelki seviyeye gele.bu dediklerinizi etsem kmk eder? Ve elave meslehetiniz xahis edirem

  • mmmmm
    Posted 24 İyun 2021 17:15 0Likes

    salam mende dosumun bir ucu yoxdu usaq tutammir ne edim

Şərh əlavə et

Anasudu.az © 2011 - 2020. Bütün müəllif hüquqları Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur.